Gəncədə 30 549 nəfər müayinə olunub
Tədbiri şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov açaraq bildirib ki, 2014-cü il fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri yüksək səviyyədə yerinə yetirilir. Qeyd olunmalıdır ki ,şəhərdə gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır.
Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev deyib ki , 17 fevraldan 1 aprel 2014-cü il tarixədək tibbi profilaktik müayinələrdən 30 549 nəfər keçib və əhalinin tibbi müayinəsi may ayınadək yüksək səviyyədə və uğurla davam edəcək.
Tibbi aksiya çərçivəsində keçirilən tədbirlərdə fərqlənən səhiyyə işçilərinə Fəxri fərmanlar verilib.
Həmçinin səhiyyə işçilərindən bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Partiya sıralarına yeni qəbul olunan səhiyyə işçilərini təbrik edib və uğurlar arzulayıb.
Teqlər: