Məhkəmə məşhur aktyoru təqsirli bilib

   Məhkəmə məşhur aktyoru təqsirli bilib
  13 May 2025    Oxunub:354
Paris məhkəməsi 76 yaşlı məşhur fransız aktyor Jerar Depardyeni 2021-ci ildə film çəkilişi əsnasında zorlama ittihamına görə təqsirli bilib.
"BFMTV" telekanalının məlumatına görə, 2021-ci ildə Depardye "Yaşıl Panjurlar" filminin çəkilişində 54 yaşlı dekoratoru və 34 yaşlı rejissor köməkçisini zorlayıb. Aktyor məhkəmədə bu ittihamı boynuna almasa da, hakim onun barəsində 18 ay şərti cəza, eyni zamanda, 20 min avro cərimə hökmü verib.

Jerar Depardye həmçinin aktrisa Şarlotta Arnuya qarşı cinsi qısnamada, vergidən yayınmada və qara pulların yuyulmasında, habelə Belçikada saxta iqamətgah yaratmaqda təqsirləndirilir. Bu işlər üzrə istintaq prosesləri aparılmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər: aktyor   ittiham   hökm  





Xəbər lenti