Saakaşvilini yumurtaya basdılar

Saakaşvilini yumurtaya basdılar
  14 Fevral 2013    Oxunub:1845
Qeyri-hökumət təşkilatları Gürcüstan prezidentinin istefasını tələb edirlər
Hökumət rəhbərləri ilə əhali arasında keçiriləcək görüşdə iştirak etmək üçün Zuqudinski rayonuna yola düşən Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin korteji etiraz aksiyaları ilə qarşılanıb. Saakaşvilinin istefasını tələb edən qeyri-hökumət təşkilatlarının bir qrup üzvü Narezeni kəndində dövlət başçısının yolunu kəsərək onun avtomobilini yumurta atəşinə tutublar.
Gürcüstan prezidenti kənddəki evlərdən birində qalmağa məcbur olub. Polis kütləninqarşısını almağa müvəffəq olsa da bir neçə iştirakçı polis kordonunu yararaq Saakaşviliyə yumurta ata bilib.
Gürcüstan telekanallarının xəbərlərinə görə prezidentə qarşı yönəlmiş etiraz aksiyasında təxminən 20 nəfər iştirak edib.


Teqlər:





Xəbər lenti