Prezidentlərin Tiflis sammiti başladı

Prezidentlərin Tiflis sammiti başladı
  06 May 2014    Oxunub:1508
Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə sammit başlayıb.
APA-nın məlumatına görə, “2014 Tiflis sammiti” adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilir.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb.

Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilir, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilir.

Xatırladaq ki, “2014 Tiflis sammiti” Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.


Teqlər:  





Xəbər lenti