Dərs ili niyə uzadıldı? - Nazirin CAVABI

“Birincisi, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. Akademik tədrisdə 8 həftə çox uzun müddətdir. Təbii olaraq biz tədris ilinin 8 həftəlik uzadılmasını nəzərdə tutmuruq. Amma aydındır ki, dərs ilinin bu qədər qısa olması nəticə etibarilə şagird nailiyyətlərinə təsirsiz ötmür. Müəyyən mənfi təsirləri var. İkinci səbəb bundan ibarətdir ki, eyni fənlərin, və ya akademik proqramların keçirilməsi tədris ili qısa olduğu zaman bir günə və ya bir akademik həftəyə toplanır, bu da şagirlərin daha çox yüklənməsinə səbəb olur. Bizim tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə müsbət təsir göstərəcək”.
Fatimə Kərimli
Teqlər: