Azərbaycan 58 yaşlı ermənini geri qaytardı

Azərbaycan 58 yaşlı ermənini geri qaytardı
  06 May 2014    Oxunub:933
2014-cü ilin aprelin 20-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılan erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç mayın 6-da Azərbaycan Respublikası Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.
Bu barədə AzVision.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti