9780 bakalavr proqram seçimi edib - TQDK

TQDK-dan bildiriblər ki, ilkin statistik məlumatlara əsasən, 9780 bakalavr proqram seçimində iştirak edib. Həmin bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
Sevinc İltifatqızı
AzVision.az
Teqlər: