Azərbaycan beynəlxalq toplantıda təmsil olunur

Azərbaycan beynəlxalq toplantıda təmsil olunur
  25 Oktyabr 2022    Oxunub:891
Azərbaycan Misirin paytaxtı Qahirə şəhərində öz işinə başlayan Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Nazirlərin 24-cü toplantısında iştirak edir.
Bu barədə AzVision.az -a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanı bu forumda energetika nazirinin müavini Kamal Abbasov təmsil edir. Onun Qaz İxrac Edən Ölkələr Forumunda çıxış edəcəyi gözlənilir.

Məlumata görə, tədbirdə Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela, Anqola, Azərbaycan, İraq, Malayziya, Mozambik, Norveç kimi 19 üzv ölkə, o cümlədən müşahidəçi qismində Peru və Birləşmiş Ərəb Əmirlikləri iştirak edəcək.

Qeyd edək ki, GECF 2001-ci ildə yaradılıb. GECF-ə üzv ölkələr qlobal təsdiqlənmiş təbii qaz ehtiyatlarının 72 %-ni, bazara çıxarılan istehsalın 43 %-ni, boru kəməri ilə ixracın 55 %-ni və mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 50 %-ni əhatə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti