Gələn il əmək pensiyalarının artımına nə qədər vəsait ayrılacaq?

   Gələn il əmək pensiyalarının artımına nə qədər vəsait ayrılacaq?
  31 Oktyabr 2022    Oxunub:1117
Gələn ilin dövlət büdcəsi layihəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 467 milyon 800 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb. Rəydə qeyd edilib ki, bu, cari ilin gözlənilən icrasından 272 milyon 800 min manat və ya 22,8 % çoxdur. Artım əsasən, gələn il yanvarın 1-dən “Əmək pensiyaları haqqında” qanuna ediləcək dəyişikliklərlə əlaqədardır. Dəyişikliklərə əsasən, növbəti ildən pensiyaçılara ödənilən maddi yardımların, eləcə də həmin yardımların indeksləşdirilməsi üzrə yaranacaq xərclərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti