Həmsədrlər Məmmədyarov və Nalbandyanla görüşəcək
Bu barədə həmsədrlərin yaydığı birgə bəyanatda bildirilir. Xatırladaq ki, həmsədrlər İqor Popov, Yan Kelli, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 18-22 mart və 1-6 aprel tarixlərində regiona səfər edib. Vasitəçilər martın 21-də İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
Onlar aprelin 2-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriblər. Həmsədrlər martın 19-20-də və aprelin 4-5-də Dağlıq Qarabağda separatçı rejimin rəhbərliyi ilə də görüşüblər. Qeyd edək ki, vasitəçilər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yaxın vaxtlarda yenidən görüş keçirəcək.
Teqlər: