Azərbaycan Rumıniya və Moldovaya 250 min butulka ixrac edib

   Azərbaycan Rumıniya və Moldovaya 250 min butulka ixrac edib
  26 Yanvar 2023    Oxunub:1237
Azərbaycan Rumıniya və Moldivaya butulka (şüşə tara) ixracına başlayıb
AzVision.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Glassica" QSC-nin koorporativ direktoru Emil Əsgərov deyib. O bildirib ki, həmin ölkələrə 250 min məhsul göndərilib.
"Şirkətin fəaliyyətə başladığı ay yarım ərzində 3 mln ədəd butulka istehsal edilib. Onun əsas hissəsi daxili təlabatı ödəmək üçün istifadə edilir"

Direktor qeyd edib ki, butulkaların Gürcüstan, Fransa və İtaliyaya ixracı ilə bağlı danışıqlar gedir , müqavilələr bağlanmaq ərəfəsindədir.

"Müəssisənin istehsal gücü butulkanın ölçüsündən aslı olaraq gündəlik 100-150 min ədəddir. Zavod var gücü ilə çalışarsa, daxili tələbatın 30-40 faizini gücündədir".

E.Əsgərov qeyd edib ki, nüəssisənin investisiya dəyəri 25 milyon manatdır.
Mart ayında növbəti müəssisə istehsal tikiləcək və indiki zavoddan 3-4 dəfə böyük istehsal gücünə malik olacaq. Yeni müəssisənin 14 aya tikilməsi nəzərdə tutulur və investisiya dəyəri 69 milyon manatdır".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti