Qərbdən növbəti çağırış: Rusiyanın bütün biznesinə qadağa qoyulsun

     Qərbdən növbəti çağırış:    Rusiyanın bütün biznesinə qadağa qoyulsun
  02 Fevral 2023    Oxunub:872
Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketini tez bir zamanda qəbul etməyə və Avropa bazarında qalan Rusiya şirkətlərinin, o cümlədən “Lukoyl” və “Rosatom”un işini qadağan etməyə çağırıb.
Bu barədə Avropa Parlamentinin fevralın 3-də Kiyevdə keçiriləcək Avropa İttifaqı-Ukrayna sammitinə həsr olunmuş xüsusi sessiyasında qəbul edilmiş qətnamədə deyilir. Bundan əlavə, Avropa Parlamenti neft və uran da daxil olmaqla, Rusiyadan olan qalıq yanacaqların idxalına “tam və dərhal” embarqo tətbiq etməyə çağırıb.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketinin layihəsinin kifayət qədər güclü olmadığını bildirmişdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti