QSC sədri: “Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismarların araşdırılmasına xüsusi diqqət ayrılır”

  QSC sədri: “Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismarların araşdırılmasına xüsusi diqqət ayrılır”
  04 Fevral 2023    Oxunub:1270
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və faydalı qazıntı yataqlarının qanunsuz istismarının aparıldığı yataqlarda mütəxəssislərin qanuni fəaliyyətinə imkan yaradılmaması narahatlıq doğurur.
AzVision.az -ın “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətdə 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, “AzerGold” QSC-nin fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayırır. O, Ermənistan və bəzi Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə QSC-nin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirdiyini bildirib.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və faydalı qazıntı yataqlarının qanunsuz istismarının aparıldığı yataqlarda araşdırma, əmlakın inventarizasiyası və ekoloji monitorinqin aparılması məqsədilə ötən ilin dekabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun əraziyə səfərinə süni maneə yaradıldığını xatırladıb.

O, ekofəalların Laçın-Xankəndi yolunda 2 aya yaxındır ki, davam edən etiraz aksiyaları ilə yüksək əzmkarlıq, əsl vətəndaş mövqeyi nümayiş etdirdiklərini də diqqətə çatdırıb.

Müşavirədə QSC-nin geoloji kəşfiyyat qrupu tərəfindən 2022-ci ilin iyun ayından etibarən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində aparılan mərhələli axtarışlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işlərinin birinci mərhələsi icra edilib və sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinindən istifadə edilməsinə baxmayaraq axtarış-kəşfiyyat işlərinin sürəti ölkənin başqa bölgələrindəki aparılan eyni işlərin sürətindən daha aşağıdır.

AzVision.az



Teqlər: Yataq   İstismar   Tutxun  





Xəbər lenti