Türkiyədə beynəlxalq qaz qovşağı bu il fəaliyyətə başlayacaq

   Türkiyədə beynəlxalq qaz qovşağı bu il fəaliyyətə başlayacaq
  04 Fevral 2023    Oxunub:956
Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması üzrə işlər yekun mərhələdədir. İlk ticarət əməliyyatının bu il keçirilməsi planlaşdırılır.
Bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib. Dönməz bildirib ki, bir sıra ölkələrlə qovşağın yaradılması layihəsinin həyata keçirilməsində iştirakla bağlı danışıqlar aparılıb:

“Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin nümayəndələri layihəni dəstəkləməyə hazır olduqlarını bəyan etdilər”.

AzVision.az


Teqlər:





Xəbər lenti