Dövlət xətti ilə ipoteka kreditləşməsi 5 dəfəyə yaxın azalıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi 5 dəfəyə yaxın azalıb
  24 Fevral 2023    Oxunub:919
Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 8,8 milyon manat kredit verilib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illin eyni dövrü ilə müqayisədə 4,8 dəfə azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 62,5 % azalaraq 29,9 milyon manata düşüb.

Yanvarda İKZF istiqraz buraxmaqla vəsait cəlb etməyib. Həmçinin Fonda dövlət büdcəsindən vəsait ayrılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti