İlon Mask yenidən dünynın ən varlı şəxsidir

İlon Mask yenidən dünynın ən varlı şəxsidir
  28 Fevral 2023    Oxunub:771
"Tesla" və "SpaceX" şirkətlərinə başçılıq edən və "Twitter"in sahibi olan amerikalı sahibkar İlon Mask bazar ertəsi "Bloomberg" agentliyinin dünyanın ən varlı insanları siyahısına yenidən başçılıq edir.
AzVision.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, İ.Maskın sərvəti 187,1 milyard dollar olaraq qiymətləndirilir.

Agentlik qeyd edib ki, İ.Maskın sərvəti 185,3 milyard dollar məbləğində qiymətləndirilən "LVMH" şirkətlər qrupunun prezidenti ("Louis Vuitton Moet Hennessy") Bernard Arnonu keçərək planetin ən varlı insanı titulunu bərpa edib.

AzVision.az


Teqlər:





Xəbər lenti