Vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər

   Vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər
  28 Fevral 2023    Oxunub:738
“Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, araşdırma zamanı PHŞ-in vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti