Vergi daxilolmaları 23 % artıb

Vergi daxilolmaları 23 % artıb
  08 Avqust 2023    Oxunub:994
Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11,231 milyard manat vergi daxil olub.
AzVision.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.

7 aylıq vergi daxilolmalarının 6,166 milyard manatı və yaxud 54,9 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 19 % çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti