Mədəaltı vəzi xərçəngini 92 faiz dəqiqliklə aşkarlayan test hazırlanıb

Mədəaltı vəzi xərçəngini 92 faiz dəqiqliklə aşkarlayan test hazırlanıb
  25 Noyabr 2023    Oxunub:1914
Çin, ABŞ və Çexiyadan olan alimlər kompüter tomoqrafiyasından istifadə edərək, mədəaltı vəzi kanallarının adenokarsinomasının erkən aşkarlanması üçün dərin araşdırmaya əsaslanan metod hazırlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Mədəaltı vəzi xərçəngi gec aşkar edildikdə pasiyentlərin əksəriyyəti təxminən bir il yarım yaşayırlar. Buna görə də, yeni araşdırma aparan elm adamları kontrastsız KT müayinəsi ilə mədəaltı vəzi xərçəngini aşkar etmək üçün PANDA metodunu təqdim ediblər. Testlər PANDA-nın xərçəngin aşkarlanmasında təsirli olduğunu, spesifikliyi və həssaslığı ilə rentgenoloqları müvafiq olaraq, 6,3 faiz və 34,1 faiz üstələdiyini nümayiş etdirib. Metod süni intellektə əsaslanaraq hazırlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti