İlham Əliyevdən təbrik

İlham Əliyevdən təbrik
  22 İyun 2014    Oxunub:870
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu yazıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Milli bayramınız – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Teqlər:  





Xəbər lenti