Günün oyunu: Argentina - İran 1-0-YENİLƏNİB

Günün oyunu: Argentina - İran 1-0-YENİLƏNİB
  22 İyun 2014    Oxunub:977
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
AzVision.az qol.az-a istinadən xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçiriləcək.

F qrupunda Argentina və İran milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər oyununda isə Nigeriya mundialın yeganə debütandı Bosniya və Hersoqovina ilə qüvvəsini sınayacaq. Bu qarşılaşmanı start fiti Bakı vaxtı ilə saat 03:00-da veriləcək.

G qrupunda isə Almaniya Qana ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


***

Bu dəqiqələrə qədər oyunda qol yoxdur. Əsas üstünlük Argentina yığmasında olsa da, bəzi epizodlarda rəqib yığma onların qapısı qarşısında həyəcanlı anlar yaşadıb.

***

F qrupunda qarşılaşan Argentina və İran millilərinin görüşündə ikinci hissədən sonra əlavə edilən dəqiqələrdə Leonel Messi qol vurub. Nəticədə Argentina 3 xal qazanıb.

Qol.Az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçiriləcək.

F qrupunda Argentina və İran milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər oyununda isə Nigeriya mundialın yeganə debütandı Bosniya və Hersoqovina ilə qüvvəsini sınayacaq. Bu qarşılaşmanı start fiti Bakı vaxtı ilə saat 03:00-da veriləcək.

G qrupunda isə Almaniya Qana ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Teqlər:  





Xəbər lenti