Tovuzda hərbi qüvvələr səfərbər edildi - Video

Yaralılar hazırda Tovuz şəhər xəstəxanasındadılar. AzVision.az-ın məlumatına görə, kənd sakinləri aktual.az-a bildirib ki, ermənilərin cəbhə bölgəsində bu fəallığı Azərbaycan tərəfini təcili tədbirlər görməyə vadar edib. Sakinlər bildirir ki, bu gün günorta saatlardan başlayaraq Tovuzda olan hərbi hissələrdən cəbhəyə canlı qüvvələr cəlb edilir. Canlı qüvvələr əsasən Tovuzun ermənlərlə sərhəd olan iki kəndində - Əlibəyli və Ağdam kəndində səfərbər edilir.
Tovuz sakinlərinin göndərdiyi videoda 20-dən çox “Zil” markalı hərbi texnikanın Əlibəyli və Ağdam kəndi istiqamətinə əsgər daşıdığını göstərilir.