Qusarda qəza, “Mercedes” ağaca girdi

Qusarda qəza, “Mercedes” ağaca girdi
  22 İyun 2014    Oxunub:936
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən14 km aralı) “Mercedes” markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:34-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti