Abid Şərifov nazirlə bağlı qərar verdi

Dəyişikliyə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabeliyində olan xüsusi rabitə xidməti işçilərinin və rabitə obyektlərinin mühafizəsi funksiyalarını yerinə yetirən qurumunun işçilərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etmək tapşırılıb.
Eyni zamanda Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi qərara da dəyişiklik edilib. Dəyişikliyə əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasının tərkibinə daxil edilib.
Qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.
Teqlər: