Bakıda yeni metro tikilir

Nəsimi Paşayev deyib ki, yaxın gələcəkdə “Dərnəgül” və “Xətai” stansiyaları arasında yeni xətt açılacaq və bu, “Yaşıl xətt" adlandırılacaq. Eyni zamanda “Dərnəgül”dən “Xətai”yə qədər uzanan “Yaşıl xətt"in davamı olaraq yeni xətt “Xətai”dən “Həzi Aslanov” stansiyasınadək olan ərazini əhatə edəcək və əsasən Nobel prospekti boyunca uzanacaq. “Xətai” stansiyasından sonra “Ağ şəhər”də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Bu stansiya isə “Həzi Aslanov - 2” adlanacaq.