AzVision.az xəbər verir ki, bundan sonra qəzetin yalnız saytı fəaliyyət göstərəcək.
Məlum olduğu kimi, həmin qəzet fəaliyyəti dövründə ermənilərə yaranmaq üçün əlindən gələni edib, bir neçə dəfə Azərbaycan əleyhinə çirkin kampaniyalar aparıb.
Qəzetin ən son iftirası “Sarı gəlin” mahnısının ermənilərə məxsus olduğunu elan etməsi idi. Bu, böyük səs-küyə səbəb olmuşdu.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elsevər Salmanov isə qəzetin addımını Facebook səhifəsində qınayıb və “Radikal” qəzetinin bu, tərəfli və erməniləri cəsarətləndirən mövqeyini sərt şəkildə tənqid etmişdi. Həmin tənqidi yazıda heç kim təhqir olunmadığı halda qəzet azərbaycanlı diplomatı irqçilikdə ittiham edirdi.
Qəzet rəsmiləri həmçinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna müraciət edərək Elsevər Salmanovun "persona non grata" elan edilərək ölkədən qovulmasını xahiş etmişdi.

Qəzetin bağlanması onu göstərdi ki, türk xalqının ermənipərəst “Radikal”a ehtiyacı yoxdur. Yəni bu mövqedən çıxış edən Qərb və ermənipərəst qəzetlərə qarşı türk xalqının mövqeyi budur.
Sevinc İltifatqızı
AzVision.az