Prezident İsmayıllıya gedəcək - ÖZƏL

Prezident İsmayıllıya gedəcək - ÖZƏL
  23 İyun 2014    Oxunub:863
Prezident İlham Əliyevin növbəti dəfə İsmayıllı rayonuna səfər edəcəyi gözlənilir.

AzVision.az-ın əldə etdiyi məlumata görə, ölkə başçısının İsmayıllıya səfəri avqust ayına planlaşdırılır.

Səfər çərçivəsində prezident İsmayıllıda bir sıra açılış mərasimlərinə qatılacaq, görülən işlərlə tanış olacaq.

Qeyd edək ki, prezident İlham Əliyev sonuncu dəfə İsmayıllıya ötən ilin avqustun 14-də səfər etmişdi.

Anar RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti