Elmar Vəliyev “Xəmsə” hədiyyə etdi

Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb.
İcra başçısı bildirib ki, Azərbaycan höküməti BMT ilə hər zaman qarşılıqlı əlaqələrin qurulmasında və inişafında maraqlı olub. Bunda sonra da bu əməkdaşlıq qorunub saxlanılacaq.
Tədbirin sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən səfirə nəfis tərtibatda hazırlanmış Nizami Gəncəvinin ingilis dilinə tərcümə edilmiş “Xəmsə”- si və digər xatirə hədiyyələri təqdim edilib.