Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
  24 İyun 2014    Oxunub:955
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də Bərdə şəhərində vətəndaşların qəbulu keçiriləcək.
AzVision.az FHN-in saytına istinadənxəbər verir ki, saat 11.00-da başlayacaq qəbulda yalnız Bərdə, Tərtər və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin binasında (ünvan: Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1) 26 iyun 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Teqlər:





Xəbər lenti