Hesablama Palatası nazirliyi yoxlayır

Hesablama Palatası nazirliyi yoxlayır
  24 İyun 2014    Oxunub:1014
Hesablama Palatası dövlət qurumlarında yoxlamaları davam etdirir.

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan AzVision.az-a verilən məlumata görə, kollegiya iclasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və İnformasiya və Reklam Departamentinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğuna, eləcə də, dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti