Güclü küləyin Bakıya vurduğu ziyan

Bildirib ki, güclü külək Bakıda bir sıra fəsadlarla yadda qalıb. Belə ki, iyunun 23-də Nərimanov rayonu M.Məmmədzadə küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus “Mercedes” markalı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmayıb, avtomobillərə qismən ziyan dəyib.
Digər hadisəsi isə Səbail rayonunda qeydə alınıb. A.Puşkin küçəsində küləyin qırdığı ağac “Volkswagen” markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.
İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Xəsarət alan olmayıb, evin dam örtüyü yararsız hala düşüb.
İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.
AzVision.az
Teqlər: