Hava yenə küləkli olacaq

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
İyunun 25-də Azərbaycanın bölgələrində hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.