Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, təntənəli mərasimdə hərbçilərlə yanaşı, çoxsaylı qonaqlar, məzunların valideynləri və yaxınları iştirak ediblər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənova şəxsi heyətin mərasimə hazır olması barədə raport verildi. Bundan sonra buraxılış mərasiminin iştirakçıları Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər və ardınca Azərbaycan Respublikasının Dövlət himni ifa edildi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərasimdə geniş nitqlə çıxış etdi. Sonra məzunlara ali hərbi məktəbi bitirmələri barədə diplomlar təqdim edildi.
Xüsusi təyinatlı təhsil müəssisələrinin tədris və intizamda birinci yerləri tutan məzunlarına Müdafiə naziri tərəfindən fərqlənmə diplomları təqdim edildi və onlar rəmzi yaş kötüklərinə emblemləri vurdular.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Döyüş Bayrağının təhvil-təslimi keçirildi.
Bayraq təntənə ilə gələcək məzunlara verildikdən sonra Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri ilə birlikdə məzunların ifasında məktəbin marşı ifa edildi.
Sonda şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçdilər.
AzVision.az