Putin və İlham Əliyevə müraciət

Putin və İlham Əliyevə müraciət
  24 İyun 2014    Oxunub:906
Qəbələdə keçirilən “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə müraciət qəbul ediblər.
Müraciətdə deyilir ki, prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq xoş ənənəyə çevrilib və ölkələrimiz arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.

Müraciətdə daha sonra deyilir: “Hər iki ölkədən parlament üzvlərinin, regionların, dövlət orqanlarının, özəl şirkətlərin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən beşinci forumda ictimai, sosial-iqtisadi və humanitar əlaqələrin inkişafının əsas istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılmışdır. “Dəyirmi masa”lar çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının perspektivləri ətraflı müzakirə olunub”.

Forum iştirakçıları bildirmişlər ki, iş adamları hər iki ölkənin regionlarının potensial investisiya layihələri ilə tanış olmuş, qarşılıqlı faydalı və uzunmüddətli kooperasiya əlaqələrinin qurulması üçün birbaşa əlaqə yaratmaq imkanı əldə ediblər.

Sənəddə deyilir: “Forum çərçivəsində 6 idarələrarası saziş və 5 biznes-kontrakt imzalanıb. Forumun tədbirləri mehriban və səmimi şəraitdə keçib ki, bu da xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinə tam uyğundur”.

Forum iştirakçıları əmin olduqlarını bildiriblər ki, bu cür tədbirlərin keçirilməsi liderlərimizin siyasi iradəsi və səyləri nəticəsində ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın möhkəmlənməsinə sanballı töhfə verir.


Teqlər:





Xəbər lenti