"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır
  20 Aprel 2024    Oxunub:790
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.
Onun barəsindəki cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Xatırladaq ki, ötən ilin oktyabrında Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Muradov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradov I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnikdir.
AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti