“Tehran qapısı”nın işıqlandırılması müvəqqəti dayandırılacaq

   “Tehran qapısı”nın işıqlandırılması müvəqqəti dayandırılacaq
  20 May 2024    Oxunub:732
Rəsmi Tehran ölkə prezidentinin və digər yüksək rütbəli rəsmilərin vəfatı ilə bağlı paytaxtdakı iki mühüm binanın - Azadi və Milad qüllələrinin işıqlandırmasını müvəqqəti dayandırıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilib ki, işıq bu gecə söndürüləcək. Azadi Qülləsi İranın paytaxtının əsas simvolu hesab olunur. Onu tez-tez “Tehran qapısı” adlandırırlar. Milad qülləsi İranın ən hündür binasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti