Lerikdə zəlzələ olub

   Lerikdə zəlzələ olub
  26 İyul 2024    Oxunub:1145
Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ olub.
Bu barədə AzVision.az -a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti