ABŞ səlahiyyətliləri Maska raket buraxmağı qadağan edib

ABŞ səlahiyyətliləri Maska raket buraxmağı qadağan edib
  26 İyul 2024    Oxunub:1166
Məşhur biznesmen İlon Maskın "SpaceX" şirkəti ABŞ-nin Federal Mülki Aviasiya İdarəsinə (FAA) "Falcon 9" raketinin qəzası ilə bağlı hesabat təqdim edib. Bu, FAA-nın məlum raketlərin buraxılışının dayandırılması ilə bağlı qərarına görədir.
AzVision.az xəbər verir ki, bu barədə Federal Mülki Aviasiya İdarəsi sosial şəbəkə hesabında məlumat yayıb.

"SpaceX" komandası "Falcon 9"un buraxılışı ilə bağlı hesabatı FAA-ya təqdim edib. Bu hesabata ehtimal olunan qəza səbəbləri və onların aradan qaldırılması tədbirləri daxildir", - paylaşımda yazılıb.

Qeyd edək ki, iyulun 11-də "SpaceX"in "Falcon-9" raket daşıyıcısı texniki nasazlıq səbəbindən "Starlink" peyklərinin növbəti partiyasını orbitə çıxara bilməyib.
İyulun 13-də isə FAA qəzanı əsas gətirərək "SpaceX"ə məlum raketlərin buraxıləşənə qadağan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Raket  





Xəbər lenti