Rövşən Nəcəf "KazMunayGaz"ın sədri ilə görüşüb - FOTOLAR

Rövşən Nəcəf "KazMunayGaz"ın sədri ilə görüşüb -    FOTOLAR
  25 İyul 2024    Oxunub:903
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.

Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.

AzVision.az

Qalereya




Teqlər: SOCAR  





Xəbər lenti