O vurğulayıb ki, "İran hökuməti bu qrupları İsrailə qarşı mübarizədə, öz müqəddəratlarını təyinetmə hüququnu həyata keçirmək istiqamətində kollektiv hərəkatını" dəstəkləyir.
HƏMAS bir sıra terror təşkilatı ilə müqavilə imzalayıb - FOTO |
Xatırladaq ki, iyulun 23-də HƏMAS terror təşkilatının sədr müavini Musa Əbu Mərzuqun Pekinə səfəri çərçivəsində Fələstin Milli Azadlıq Hərəkatı və digər 12 terror qrupu ilə birlik və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Qrupların nümayəndələri "müharibədən sonra Qəzzanın idarəsi üçün "müvəqqəti milli barışıq hökuməti" qurmaqla bağlı razılığa gəliblər.
Maraqlıdır ki, ötən günlərdə ABŞ Dövlət katibinin kəşfiyyat və tədqiqat üzrə köməkçisi Bret Holmqren Yaxın Şərqdəki müxtəlif terror qrupların getdikcə "birləşməsi"ndən narahatlığını dilə gətirib. O, "The Washington Post" qəzetinə açıqlamasında bildirib ki, "HƏMAS Qəzza zolağındakı müharibə vasitəsilə Yaxın Şərqdə və bütün dünyadakı terror təşkilatlarını şirnikləndirir". Almaniya və Hollandiyada bir qrup şəxsin yəhudilərin kütləvi yaşadıqları massivlərə hücumlar hazırlamasını diqqətə çatdıran Holmqren, "Bu təsir artıq Avropada da özünü göstərir", vurğulayıb.
(Alman polisi Hamburq İslam Mərkəzində axtarış apararkən)
ABŞ hökumət nümayəndəsinin xəbərdarlığı Avropada da öz əksini tapıb. Belə ki, Almaniya hökuməti iranyönümlü "Hizbullah" terror təşkilatına dəstək verməsi ehtimalı ilə uzun müddətdir istintaq altında saxladığı Hamburq İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyub.
Firudin Həmidli
AzVision.az