Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
Əcnəbi səyyahlara körpünün tarixi və vaxtilə Böyük İpək Yolunda oynadığı vacib rol haqqında məlumat verilib.
Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. İyulun 25-dən 27-dək Çarlz Veylinin başçılıq etdiyi beynəlxalq səyyahların 11-ci qrupu Qarabağa və Şərqi Zəngəzurda olub. 35 beynəlxalq səyahətçinin səfərini dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı təşkil edib. Burada 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.
AzVision.az
Teqlər: