Albert Aqarunovun heykəli təmizlənib
Layihənin icrası Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir. Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib.
Təbiətin, aqressiv mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması və heykəlin ilkin vəziyyətinə qaytarılması üçün onun təmizlənmə prosesi başlanıb. Heykəl yad təsirlərdən, çirklərdən təmizlənərək ilkin vəziyyətinə qaytarılır və sonrakı mərhələdə qaydalara uyğun olaraq, tonlama prosesi başlanılır.
Bundan sonra heykəlin yad təsirlərdən uzun müddət qorunması məqsədilə ona qoruyucu qat çəkiləcək. Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti ilə texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir.
AzVision.az
Teqlər: