Masonluğa görə Lenini yandırmaq istədi, 4 il iş aldı

Masonluğa görə Lenini yandırmaq istədi,  4 il iş aldı
  25 İyun 2024    Oxunub:736
Moskvanın Tver Məhkəməsi 37 yaşlı Çita sakini Konstantin Starçukova cəza kəsib.
"Azadlıq radiosu" nun yaydığı məlumata görə, o, paytaxtdakı strateji obyektlərdən sayılan Lenin məqbərəsini yandırmağa cəhd etdiyinə görə 4 il ümumi rejimli koloniyada cəza çəkəcək. Starçukov həmçinin “silahdan istifadə etməklə xuliqanlıq” maddəsi ilə təqsirli bilinib.

Məlumata görə, Çita sakininin Qızıl Meydandakı məqbərəyə atdığı “Molotov kokteyli” hasara dəyib. Cinayətkar həbs zamanı müqavimət göstərib. O, məlum əməlinin səbəbinə qəribə bir izah da verib. Starçukov bu yolla “masonluğun Rusiya cəmiyyətinə təsiri ilə mübarizə aparmağa” çalışdığını iddia edib.

Sonradan məlum oldu ki, elə həmin gün Baykal bölgəsindən olan başqa bir şəxs də Qızıl Meydanda iki "molotov kokteyli" ilə saxlanılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Lenin  





Xəbər lenti