Sabiq icra başçısının cəzası azaldıldı
Ali Məhkəmə eks icra başçısının şikayətini qismən təmin edib. Onun cəzası 11 ildən 8 il 3 aya endirilib.
Xatırladaq ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
AzVision.az
Teqlər: