Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB |
Təbii ki, ərazimiz seysmik bölgədir. Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadı. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur. Və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5 -dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər".
Qeyd edək ki, bu gün Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
Şahanə Rəhimli
AzVision.az