Qebreisus: "Qəzzada minlərlə xəstə uşaq kömək gözləyir" - VİDEO

    Qebreisus:    "Qəzzada minlərlə xəstə uşaq kömək gözləyir" -  VİDEO
  28 İyun 2024    Oxunub:765
"Mayın 7-də Rəfəh keçidinin bağlanmasından sonra ilk dəfə 21 xəstə Qəzza zolağından çıxarıldı".
AzVision.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreisus "X"də yazıb.

"Əlbəttə, Qəzzada 10 min xəstə hələ də müayinə üçün evakuasiya gözləyir. Bu xəstələr də mümkün marşrutlarla ərazidən çıxarılmalıdırlar. Onların müalicəsi üçün Qəzzada şərait yoxdur. ÜST bu prosesə öz dəstəyini hər zaman göstərəcək", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ÜST   Qəzza   xəstələr  





Xəbər lenti