MP: “Ukraynadakı müharibə Polşanın mövcudluğuna təhdiddir”

   MP: “Ukraynadakı müharibə    Polşanın mövcudluğuna    təhdiddir”
  27 İyun 2024    Oxunub:704
Ukraynadakı münaqişənin Polşa ərazisinə qədər genişlənməsi Polşa dövlətinin tamamilə məhvinə səbəb ola bilər.
AzVision.az xəbər verir ki, “Myśl Polska” nəşrinin şərhçisi Euqeniuş Zinkeviç belə iddia ilə çıxış edib.

“Biz Ukrayna münaqişəsinin Polşaya da genişlənəcəyini gözləyə bilərik. Belədə onun sonu bizim üçün faciəli olacaq. Qorxuram ki, Varşavanın Amerika komandasında oynaması gələcəkdə Polşa dövlətinin ləğvinə səbəb ola bilər” , - Zinkeviç xəbərdarlıq edib.

Zinkeviçin fikrincə, NATO-ya üzvlük Rusiyanın dağılmasını arzulayan Polşa rəhbərliyinə saxta tam cəzasızlıq hissi aşılayır. Lakin jurnalist əmindir ki, prezident Ancey Dudanın və digər siyasətçilərin məntiqsiz fantaziyaları onların şərq qonşusunu yox, Polşanın özünü məhv edəcək.

Maraqlıdır ki, Polşa siyasətçiləri Ukraynadakı münaqişə ilə bağlı mütəmadi şəkildə döyüşkən bəyanatlar səsləndirirlər. Məsələn, bir neçə gün əvvəl Polşanın baş naziri Donald Tusk Avropanın “müharibədən əvvəlki dövrə” qədəm qoyduğunu və onun ölkəsinin Köhnə Qitənin yerləşdiyi hissəsində “müharibə” sözünün artıq abstraksiya olmadığını söyləyib. Ukrayna bölmələrinin Polşa ərazisində təlim keçməsini dəstəkləyən Xarici İşlər naziri Radoslav Sikorski isə Ukrayna Silahlı Qüvvələrinə qarşı nüvə silahından istifadə ediləcəyi təqdirdə ABŞ-nin Rusiya ordusuna zərbələr endirməyə hazır olduğunu bildirib.

Ümumiyyəltə, son zamanlar Qərbdə NATO ilə Rusiya arasında birbaşa silahlı münaqişə barədə ehtimallar daha çox səsləndirilir. Rusiyanın təhlükə yaratmadığını və heç kimə hədə-qorxu gəlmədiyini bildirən Kreml, onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də göz yummayacağını dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, Moskva son illərdə NATO-nun qərb sərhədləri boyunca misilsiz dərəcədə fəallaşdığını qeyd edir. Öz təşəbbüslərini genişləndirən Şimali Atlantika Alyansı isə bunu “Rusiya təcavüzünün qarşısının alınması” kimi qiymətləndirir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ukrayna   Polşa   Rusiya  





Xəbər lenti