Bayden-Tramp debatı: Üçüncü Dünya müharibəsinin anonsunu verdilər

   Bayden-Tramp debatı:    Üçüncü Dünya müharibəsinin anonsunu verdilər
  28 İyun 2024    Oxunub:937
ABŞ-də prezident seçkilərindən əvvəl Ağ Evin rəhbəri Cozef Bayden və digər namizəd Donald Tramp arasında ilk teledebat keçirilib. İttiham xarakterli müzakirələr CNN-in Corciya ştatının Atlanta şəhərindəki studiyasında baş tutub.
Əvvəlcə səhnəyə hazırkı prezident çıxıb, daha sonra isə onun rəqibi tribunaya yaxınlaşıb. Maraqlıdır ki, 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar və Respublikaçılar partiyalarının təmsilçiləri, prezidentlik uğrunda gərgin mübarizə aparan məşhur siyasətçilər bir-birinin əlini sıxmayıblar.

İlk sualı Tramp verib və bu, ABŞ-də yaranmış yüksək inflyasiya ilə bağlı olub. Bayden Trampdan dəhşətli vəziyyətdə olan bir iqtisadiyyatı miras aldığını deyib. Eks-prezident isə buna əks ittihamlarla cavab verib. O həmçinin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını rüsvayçılıq adlandırıb.

Baydeni Obama əvəz edə bilər
ABŞ prezidenti və onun seçkilərdəki rəqibi bir-birini bəşəriyyəti Üçüncü Dünya müharibəsinə təhrik etməkdə ittiham edib.
Teledebat zamanı Tramp iddia edib ki, onun rəqibi hamını yeni dünya müharibəsinə sürükləyəcək. Ağ Evin keçmiş rəhbəri "Biz buna təsəvvür edə biləcəyimizdən daha yaxınıq" söyləyib. Tramp həmçinin bildirib ki, ABŞ-ın hazırki liderindən Rusiya, Çin və Şimali Koreya rəhbərləri nə hörmət edir, nə də qorxurlar.

Bayden Üçüncü Dünya müharibəsi ilə bağlı ittihama toxunaraq deyib ki, əgər rəqibi seçkidə qalib gəlsə o, ABŞ-ni NATO-dan çıxaracaq və Rusiyaya “istədiyini etməyə” icazə verəcək. Bayden debat izləyicilərini qorxudaraq deyib: "Belə olan halda isə Rusiya Kiyevi ələ keçirəcək və Kreml Macarıstan, Polşa və sərhədindəki digər ölkələri ciddi təhdid edəcək. Bax o zaman hamınız müharibə içində olacaqsınız".

ABŞ-nin keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonun debatından bu yana ilk dəfə müzakirə tamaşaçısız təşkil olunub. Növbəti debat sentyabrın 10-da ABC kanalında təşkil olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Debat   Bayden   Tramp   Seçki   ABŞ  





Xəbər lenti