Almaniya sərhədlərini müvəqqəti bağlayır

   Almaniya sərhədlərini müvəqqəti bağlayır
  10 Sentyabr 2024    Oxunub:1349
Almaniyanın daxili işlər naziri Nensi Fezer bütün quru sərhədlərində nəzarət və yoxlanışın artırılacağını, ölkəyə girişə məhdudiyyət qoyulacağını açıqlayıb.
Nazirliyin bəyanatında diqqətə çatdırılır ki, bu addım qanunsuz miqrasiya ilə mübarizə və Almaniyanı ekstremist təhlükələrdən müdafiə məqsədi daşıyır.

"Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə quru sərhədlərində nəzarətin 6 ay müddətində gücləndiriləcəyi ilə bağlı artıq Brüsselə (Avropa İttifaqı nəzərdə tutulur - red.) məlumat verilib. Konkret tədbirlərlə daxili təhlükəsizliyimizi gücləndiririk", - bəyanatda xanım nazirdən sitat gətirilir.

Prosesin sentyabrın 16-da başlayacağı bildirilir. Bu proses keçən ay ölkənin Zolingen şəhərində 3 nəfərin bıçaqla hücum nəticəsində qətlə yetirilməsinə, habelə ötən həftə Münhendəki İsrail Baş Konsulluğu qarşısında atəş açılmasına cavab tədbiri kimi qiymətləndirilir

Yeri gəlmişkən, Almaniyanın gücləndirilmiş sərhəd nəzarət sistemi Polşa, Çexiya, Avstriya və İsveçrə ilə sərhədlərdə daha əvvəldən qüvvədədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   sərhəd   məhdudiyyət  





Xəbər lenti