Paşinyan Ermənistanın BRİKS planlarından danışıb

Paşinyan Ermənistanın BRİKS planlarından danışıb
  18 Sentyabr 2024    Oxunub:1219
Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS mövzusu ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Siyasətçi ölkəsinin təşkilata inteqrasiyasının İrəvanın gündəmində olmadığını deyib.

“Hazırda Ermənistanın BRİKS-ə inteqrasiya gündəliyi yoxdur. Mən Rusiya Federasiyasının prezidentindən BRİKS sammitində iştirak etmək üçün dəvət almışam. Bu dəvəti qəbul etdim. Bu mövzuya əlavə edəcəyəim başqa fikir yoxdur", - o qeyd edib.

Qeyd edək ki, BRİKS-in sammiti Rusiyada keçiriləcək. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Mnatsakan Safaryan sammitdə ölkənin nümayəndə heyətinə baş nazir Nikol Paşinyanın başçılıq edəcəyini açıqlamışdı.

BRİKS Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın daxil olduğu dövlətlərarası birlikdir. Assosiasiyanın ilk sammiti 2009-cu ildə keçirilib. Görüşlərdə BRİKS üzvləri iqtisadi və geosiyasi məsələləri müzakirə edir, qarşılıqlı faydalı layihələr üzrə əməkdaşlıq qururlar. BRİKS-in növbəti sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti